AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

5 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb. 05 dekabr 2022-ci il


Xəbər verildiyi kimi, 30 noyabr 2022-ci il tarixində 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb... 05 dekabr 2022-ci il


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 05 dekabr 2022-ci il


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Nərimanov və Suraxanı rayonları üzrə...


Bakı şəhərinin Qaradağ rayonunda "Ford" markalı minik avtomobili körpüdən aşıb...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin barmağında...

Ümumi məlumat


AR Prezidentinin 24 aprel 2008-ci il tarixli 746 N-li Fərmanı ilə respublikamızda nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, respublikamızın üzərinə düşən beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi təsis edilmiş və 3 aprel 2009-cu il tarixli 74 nömrəli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində 8 şöbə, bu şöbələrin nəzdində 9 sektor fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

 

Vahid siyasət

Nüvə və radioloji fəaliyyət sahəsində vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

Təhlükəsizliyin tənzimlənməsi

Nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin tənzimlənməsi mexanizmini müəyyən edir. Nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir. Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;

Qanunvericilik

Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində norma və qaydalara riayət olunmasına nəzarət edir. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

Rəhbərlik haqqında məlumat


Əliyev Nicat Novruz oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi.

01.09.1986 tarixində Bakı şəhərində  anadan olub. Azərbaycan İqtisad Universitetinin Maliyyə Kredit fakultəsini bitirib.

Ailəlidir. 2 övladı var.

Əmiraslanov Xəzər Kamal oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini.

20.02.1974-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Robot-Texnikası fakultəsini və Azərbaycan İqtisad Universitetinin Maliyyə Kredit fakultəsini bitirib.