AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 26 may 2022-ci il
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndi ərazisindən keçən hissəsində baş vermiş sel nəticəsində bir nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub. 26 may 2022-ci il
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı və Sumqayıt Regional mərkəzlərinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. 25 may 2022-ci il
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub...
Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış hadisəsi...
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3...
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.
Xidmətin fəaliyyəti haqqında
Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.
Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək;
Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək;
Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasnı həyata keçirmək.