AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Biləsuvar rayon Mərkəzi xəstəxanasında “Fövqəladə hadisələrin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirib. 01 iyul 2022-ci il


Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Tovuz, Şəmkir, Samux və Göygöl rayonlarının ərazisində yerləşən taxıl və meşə sahələrində - açıq havada “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib. 01 iyul 2022-ci il


Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Xəzər dənizinin Lənkəran şəhərindəki sahil zolağında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib. 01 iyul 2022-ci il


Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Xəzər” sularda xilasetmə məntəqəsinin ərazisində... 


Lənkəran şəhərində ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər (yataq xəstəsi) xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Ümumi məlumat


Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə, müalicə və reabilitasiya xidməti göstərən; şəxsi heyətinin tibbi ekspertizasının aparılmasını, hərbi qurumların komplektləşdirilməsində tibbi təminatı həyata keçirən; fəlakət zonalarında epidemioloji şəraitin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, xəsarət alanlara ilkin tibbi yardım göstərilməsini; sanitar-gigiyenik və əks-epidemik tədbirlərin aparılmasını, zəruri hallarda müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış tibbi ekspertizanı təşkil edən qurumdur.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


FHN Tibb Xidməti 2006-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə və müalicə xidmətlərini təşkil etməklə yanaşı, şəxsi heyətin tibbi ekspertizasının aparılmasını, fəlakət zonalarında epidemioloji şəraitinin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, sanitar-gigiyenik və əksepidemik tədbirlərin aparılmasını həyata keçirilir.

 

Önləyici tədbirlər

Müalicə-profilaktika şöbəsi tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini və koordinasiyasını həyata keçirir, eləcə də onların iş praktikasında yeni profilaktika, diaqnostika və müalicə üsüllarının tətbiq edilməsi üçün tədbirlər görür.

Nəticələrinin aradan qaldırılması

əhalinin fövqəladə hallardan qorunmasmda öz səlahiyyətləri daxilində iştirak etmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Nazirliyin digər strukturları və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə iştirak etmək;

Normativ tənzimləmə

Xidmətinin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafınm təmin edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Rəhbərlik haqqında məlumat


Pərviz Mustafa oğlu Vəliyev

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisi tibb xidməti polkovniki.

06.08.1968-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuşdur,
1993-cü ildə Azərbaycan Dövlət Tibb İnistitutunu bitirmişdir.
Ailələidir, 4 övladı var.

Salman İsrafil oğlu Məmmədov

Azərbaycan Respublikası FHN Tibb xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnikı.

05.05.1964-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur.
1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 2 övladı var.

 

 

Rəfiq Faiq oğlu Mirişli

Azərbaycan Respublikası FHN tibb xidməti istismar və iqtisadi işlər üzrə rəis müavini, polkovnik.

02.06.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 3 övladı var.

Mirzəyeva Aidə Rəfail qızı

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisinin muavini, tibb xidməti kapitanı

23.08.1980-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.
2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur.
Ailəlidir. 2 övladı var.