AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
11 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası”nın ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məşğələsi keçirilib. Lektoriyanın qonağı siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Elman Nəsirov olub. 11 dekabr 2019-cu il
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir. 10 dekabr 2019-cu il
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb... 10 dekabr 2019-cu il
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub...
Lerik rayonunun Brkandul kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət taxta konstruksiyalı ev yanıb...
Quba rayonunun Tülər kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli orta məktəb binasının dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 250 m² sahədə yanıb...
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarında kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin təhlükəsiz istismarına texniki nəzarəti, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
Xidmətin fəaliyyəti haqqında
Xidmət kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini və istismarına texniki nəzarəti təşkil edir və həyata keçirir, kiçikhəcmli gəmilərin dayanacaq bazalarının istismarının təhlükəsizliyinə nəzarət edir, çimərliklərdə, su hövzələrində və digər sututarlarda dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti və əlaqələndirməni həyata keçirir, çimərliklərdə, su hövzələrində və digər sututarlarda insanların axtarışını və xilas edilməsini təmin edir.
kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir, kiçikhəcmli gəmilərə dövlət (bort) nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir, kiçikhəcmli gəmi sürücülərinin hazırlığı üzrə kursları bitirmiş şəxsləri imtahandan keçirir və imtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə sürücülük vəsiqəsi verir, dalğıc və xilasedicilərin hazırlanmasını təşkil edir, onların peşə hazırlığının yüksəldilməsi üçün tədbirlər görür, çimərliklərin yaradılması və fəaliyyətinin təşkili zamanı bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Həmçinin kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, elecə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir.
kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq, insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədilə əhali arasında maarifləndirmə işi aparır və bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir.
konstruksiyasından və gücündən asılı olaraq gəminin sərnişin tutumunu, yükgötürümünü, mühərriklərin maksimal gücünü və sayını, yelkənlər üçün yolverilən sahəni, üzmə ərazisini, gəminin üzməsi üçün yolverilən dalğa hündürlüyünü, gəminin sualtı hissəsini və minimal suüstü bortunu, onun xilasetmə və yanğındanqoruma vasitələri ilə, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla təchizatı ilə bağlı məcburi şərtləri, normaları və texniki tələbləri müəyyən edir, kiçikhəcmli gəmilərdən və onların dayanacaq bazalarından istifadə qaydalarına əməl olunmasına nəzarət edir, həmin qaydaların, üzmə təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə aid digər norma və tələblərin pozulmasının aşkar edilməsi və qarşısının alınması üçün tədbirlər görür.