AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub. 20 avqust 2019-cu il


10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub.... 10 avqust 2019-cu il


Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.​.. 10 avqust 2019-cu il


Goranboy rayonunun Ağamalıoğlu kəndində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb... 


Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 7 m³ odun yanıb....


19.08.2019-cu il tarixində Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın...

Ümumi məlumat


FHN-nin Su Ehtiyatları Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli 389 nömrəli Fərmanı ilə ölkənin su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə yaradılmışdıır.
Nazirlər Kabinetinin 18 fevral 2011-ci il tarixli 50s nömrəli Sərəncamı ilə Kür çayı üzərində  strateji əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara kaskad su anbarları, Ceyranbatan su anbarı, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Şəmkir Maşın kanallarının baş suqəbuledici qurğuları Nazirliyin balansına verilmişdir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin edən, ölkədə su anbarlarının texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparan və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsini həyata keçirən icra hakimiyyəti orqanıdır. 

 
 

Mühafizə

- balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin və dövlət əhəmiyyətli su anbarlarının monitorinqinin həyata keçirilməsində iştirak etmək;
- aidiyyəti qurumların iştirakı ilə ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər görmək;

 

Nəticələrinin aradan qaldırılması

Nazirliyin digər struktur bölmələri və müvafiq dövlət orqanları ilə birlikdə su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin fövqəladə hallardan qorunmasında, qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

 

Səmərəli istismar

- aidiyyəti qurumların iştirakı ilə dövlət əhəmiyyətli su anbarlarının səmərəli istismarı ilə bağlı tədbirlər görmək;
- balansındakı su obyektlərini kompleks şəkildə idarə etmək, habelə hidrotexniki qurğuların və su təchizatı sistemlərinin səmərəli istismarını təmin etmək.

Rəhbərlik haqqında məlumat


Yaşar Ədif oğlu Abbasov

Azərbaycan Respublikası FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəisi.

Dekabr 1960-cı ildə Naxçivan MR-nın Ordubad şəhərində anadan olub. Azərbaycan Neft və Kimya Institutunun Energetika fakültəsinin Mühəndis elektrik ixtisasını bitirib.
Ailəlidir. 2 övladı var.







Ruslan Çoban oğlu Ağamirzəyev

Azərbaycan Respublikası FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini.

İyul 1975-ci ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji kəşfiyyat fakültəsinin Dağ mühəndisliyi – Hidrogeologiya ixtisasını bitirib.
Ailəlidir. 3 övladı var.

 

 

 

Ziya Elxan oğlu Süleymanov

Azərbaycan Respublikası FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini.

Oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Ailəlidir. 3 övladı var.