AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 iyun 2017-ci il saat 23:15-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, Xarxatan kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 15 ton ot bağlamasının 9 tonu yanmışdır...

30 iyun 2017-ci il saat 23:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur...

30 iyun 2017-ci il saat 22:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

30 iyun 2017-ci il saat 21:00-dək, ilkin məlumata əsasən

Cəlilabad rayonu, Boyxanlı kəndindində kənd bələdiyyəsinə məxsus ərazidə 9 ha biçilmiş və 0,5 ha biçilməmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur...

30 iyun 2017-ci il saat 19:30-dək, ilkin məlumata əsasən

30.06.2017-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonunda dənizdə çimərkən batmış 2 nəfərdən birinin 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun cəsədi bu gün saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti...

30 iyun 2017-ci il saat 18:40-dək, ilkin məlumata əsasən

Saatlı rayonu, Saatlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan tövlə, yaxınlıqda yığılmış 4 ton ot bağlamasının 2 tonu və həyətyanı sahədə 100 m2 sahədə kol-kos yanmışdır...

30 iyun 2017-ci il saat 18:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

30 iyun 2017-ci il saat 17:00-dək, ilkin məlumata əsasən

Qobustan rayonu, Poladlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan talvarın yanar konstruksiyaları 50 m2 sahədə və talvarın altına yığılmış 1 ton ot bağlamasının 500 kq-ı yanmışdır...

30 iyun 2017-ci il saat 15:50-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olmuşdur...

30 iyun 2017-ci il saat 15:40-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhərində ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanmışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr