AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 dekabr 2016-cı il saat 22:30-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Şahadət kəndində vətəndaşa məxsus ümumi sahəsi 286 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 4 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

31 dekabr 2016-cı il saat 15:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi...

31 dekabr 2016-cı il saat 15:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar....

31 dekabr 2016-cı il saat 14:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

31 dekabr 2016-cı il saat 11:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m² olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanmışdır. Yeməkxanaya bitişik ümümi sahəsi 750 m² olan ikimərtəbəli restoran yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

31 dekabr 2016-cı il saat 08:15-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Çərtəyəz kəndində vətəndaşa məxsus 15 ton ot bağlamasının 12 tonu yanmışdır...

31 dekabr 2016-cı il saat 05:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

31 dekabr 2016-cı il saat 04:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

31 dekabr 2016-cı il saat 01:45-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Carlı kəndində vətəndaşa məxsus 11 ton ot bağlamasının 5 tonu yanmışdır...

30 dekabr 2016-cı il saat 21:30-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Gərəkli kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan birmərtəbəli 10 otaqlı evin mətbəxinin tavanı 16 m2 sahədə yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr