AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 iyun 2015-ci il saat 22:30-dək, ilkin məlumata əsasən:

Qazax rayonu, Aslanbəyli kəndində bələdiyyəyə məxsus ərazidə 7 ha sahədə biçilmiş taxıl sahəsi və 3 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

30 iyun 2015-ci il saat 20:30-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Qızılavar kəndində vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə  yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

30 iyun 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən  sudan çıxarılaraq xilas olunmuşdur. Əməliyyat saat 18:25-də başa çatmışdır.

30 iyun 2015-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda sahibi məlum olmayan "Lilac" şirkətinə məxsus, ümumi sahəsi 30 kv.m olan anbarda 1 kv.m sahədə gül aksesuarları yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 3 kv.m sahədə ərimişdir. Anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat...

30 iyun 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti...

30 iyun 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasə:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:14-də başa çatmışdır.

30 iyun 2015-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:11-də...

30 iyun 2015-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Şamaxı şəhərində “Muğanbank” ASC–nin inzibati binasının xarici divarında ümumi sahəsi 4 kv.m olan reklam lövhəsinin yanar  konstruksiyaları 1 kv.m sahədə yanmışdır. İnzibati bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

30 iyun 2015-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Üçüncü Zobuculuq qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır.

30 iyun 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr