AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 aprel 2014-cü il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1956-cı il təvəllüdlü bir nəfər köməksiz vəziyyətdə qalmışdır... 

30 aprel 2014-cü il saat 13:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır.

30 aprel 2014-cü il saat 09:30-dək:

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 30 kv.m olan otağın yanar konstruksiyaları və "Beko" markalı kondisioner yanmışdır.

30 aprel 2014-cü il saat 08:30-dək:

Şabran rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanmışdır. 

30 aprel 2014-cü il saat 08:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus uşaq poliklinikasının ümumi sahəsi 30 kv.m olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyü 10 kv.m sahədə yanmışdır...

29 aprel 2014-cü il saat 23:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır...

29 aprel 2014-cü il saat 22:30-dək:

Sumqayıt şəhərində sahibi məlum olmayan ümumi sahəsi 12 kv.m olan plastik konstruksiyadan ibarət köşkün tavanı 4 kv.m sahədə və 1 ədəd soyuducu yanmışdır. Köşkün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

29 aprel 2014-cü il saat 19:30-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 800 kv.m olan cücə sexinin taxta konstruksiyalardan ibarət dam örtüyü 760 kv.m sahədə, içərisində olan avadanlıqlar yanmış, sexin içərisində sayı məlum olmayan 10 günlük cücələr tələf olmuşdur...

29 aprel 2014-cü il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1963-cü il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır...

29 aprel 2014-cü il saat 16:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus kafenin ərazisində olan transformatorun yağı və sarğıları yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr