AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

28 fevral 2014-cü il saat 18:30-dək:

Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü 20 kv.m sahədə yanmışdır.

28 fevral 2014-cü il saat 14:00-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan birmərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 2 kv.m sahədə yanmışdır.

28 fevral 2014-cü il saat 09:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. 

28 fevral 2014-cü il saat 08:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanmışdır. 

28 fevral 2014-cü il saat 02:30-dək:

Qobustan rayonu, Cəmcəmilli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları yanmışdır. 

27 fevral 2014-cü il, saat 23:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...

27 fevral 2014-cü il saat 22:05-dək:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "Tofaş" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. 

27 fevral 2014-cü il saat 18:00-dək:

Şəmkir rayonu, Sabirkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 1 ha olan istixananın ərazisində çəkisi 2 ton mazutla dolu çənin içərisində qismən mazut və 50 kv.m sahədə polietilen örtük yanmışdır.

27 fevral 2014-cü il saat 11:45-dək:

Saatlı rayonu, Yeni Novruzlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. 

27 fevral 2014-cü il saat 10:45-dək:

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 27 fevral 2014-cü il tarixində saat 10:05-də Lerik rayonundan 18 km şimal-şərqdə zəlzələ qeydə alınmışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr