AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 yanvar 2013-cü il saat 20:00-dək:

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 43 kv.m olan avtomobil ehtiyat hissələri satışı mağazasında 2 kv.m sahədə piştaxta, bir ədəd kassa aparatı yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 12 kv.m sahədə ərimişdir. Mağazanın qalan hisəsi yanğından mühafizə olunmuşdur. Yanğın...

31 yanvar 2013-cü il saat 17:25-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan üçotaqlı evin bir otağında 10 kv.m sahəyə yığılmış yataq dəsti və geyim əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus...

31 yanvar 2013-cü il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1939-cu il təvəllüdlü bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur... 

31 yanvar 2013-cü il saat 14:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda “AzVirt” MMC-yə məxsus “MAN” markalı yük avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “SHACHMAN” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanmışdır. Avtobusun qalan...

31 yanvar 2013-cü il saat 11:15-dək:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar yanmışdır. Bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.  

31 yanvar 2013-cü il saat 09:00-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 1575 kv.m olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində giriş qapısının üzərində quraşdırılmış elektrik sayğacı və qapı 1 kv.m sahədə yanmışdır.

31 yanvar 2013-cü il saat 08:30-dək:

Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində inşaat işləri aparılan ərazidə fəhlə yataqxanası kimi istifadə olunan 4 ədəd konteynerin və sonradan konteynerlərə bitişik tikilmiş tikililərin yanar konstruksiyaları 300 kv.m sahədə yanmışdır... 

31 yanvar 2013-cü il saat 06:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır...

30 yanvar 2013-cü il saat 23:00-dək:

Yardımlı rayonu, Əsədabad kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus “UAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır....

30 yanvar 2013-cü il saat 21:30-dək:

Göygöl şəhərində ümumi sahəsi 16 kv.m olan dəmir konstruksiyalardan ibarət köşkün içərisinə yığılmış 5 kub.m taxta məmulatının 1 kub.m yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr