AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 aprel 2012-ci il, saat 17:45-dək

Qusar rayonu, Urva kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 500 kiloqramı yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

30 aprel 2012-ci il, saat 10:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda “FALEZ” MMC-yə məxsus “Mercedes” markalı yük avtomobilinin qabaq hissəsi (təkərləri, mühərrik və kabina hissələri) yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına yük boşaldılan zaman...

29 aprel 2012-ci il saat 09:00-dək

Bərdə rayonu, Hacallı kəndi (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan birmərtəbəli 8 otaqlı evin 1 otağında 4 kv.m sahədə yataq dəsti yanmışdır.

28.04.2012-ci il tarixində saat, 13:50-dək ilkin məlumat

28 aprel 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhər sakini 1995-ci il təvəllüdlü Rafiq Malik oğlu Quluzadənin Kür çayına düşməsi barədə məlumat daxil olmuşdur.

28.04.2012-ci il tarixində saat, 13:15-dək ilkin məlumat

Bərdə rayonu, Hacallı kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan birmərtəbəli səkkizotaqlı evdə yataq dəsti 4 kv.m sahədə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaş tərəfindən söndürülmüşdür;

28 aprel 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 70 kv.m olan taxta konstruksiyadan ibarət tikili (sahibi məlum deyil) yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

27 aprel 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər...

26 aprel 2012-ci il, saat 17:40-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalmışdır...

26 aprel 2012-ci il, saat 17:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus həyətdə ümumi sahəsi 10 kv.m olan köməkçi tikilinin dam örtüyü 10 kv.m sahədə yanmışdır...  

26 aprel 2012-ci il, saat 15:00-dək, ilkin məlumata əsasən

25 aprel 2012-ci il tarixində Sumqayıt şəhərində “Sumqayıt Polad Konstruksiya Quraşdırma” ASC-yə məxsus ərazidə yerləşən kağız emalı sexində zəhərlənmiş 9 nəfərin Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Radiasiya...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr