AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 oktyabr 2012-ci il, saat 18:05-dək, ilkin məlumata əsasən

Sumqayıt şəhərində Etilen-Polietilen zavodunun hazırda fəaliyyət göstərməyən E-1 sexində söküntü işləri aparılarkən 70 m3 olan çəndə istehsalat qalıqları yanmışdır. Sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

31 oktyabr 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır.

30 oktyabr 2012-ci il, saat 17:15-dək ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Sərxanlı kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 16 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

30 oktyabr 2012-ci il, saat 14:15-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən...

30 oktyabr 2012-ci il, saat 09:00-dək

Biləsuvar rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 102 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuş və 20 baş quzu yanğınsöndürən-xilasedicilər tərəfindən xilas edilmişdir. Yanğın saat 11:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

29 oktyabr 2012-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 102 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır.... 

29 oktyabr 2012-ci il, saat 09:00-dək

Qobustan rayonu, Xilmilli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 7 ton ot bağlamasından 5 tonu yanmışdır....

28 oktyabr 2012-ci il, saat 21:10-dək ilkin məlumat

Qobustan rayonu, Xilmilli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 7 ton ot bağlamasından 5 tonu yanmışdır. 

28 oktyabr 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan ikiotaqlı mənzilin mətbəxində 0,5 kv.m sahədə mətbəx mebeli, qaz sobası və "LG" markalı paltaryuyan maşının üst hissəsi yanmışdır. Yanğından mənzil mühafizə olunmuşdur. Yanğın saat 09:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

27 oktyabr 2012-ci il, saat 16:00-dək ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkda dənizdə insan cəsədinin olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəsədi sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:54-də başa çatmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr