Bakı şəhəri, Nizami rayonunda onikimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabellərinin 25 p.m hissəsi yanmışdır. Yanğın saat 10:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür
Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyənin Van vilayətinə yola salınmış Fövqəladə Hallar Nazirliyinin 40 avtomobildən ibarət maşın karvanı 29 oktyabr 2011-ci il tarixində zəlzələdən zərər çəkmiş bölgəyə çatmışdır. Hazırda çatdırılmış yardım aidiyyəti üzrə təhvil verilir
Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 6 cəsəd çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
Bakı şəhəri, Yasamal rayonunda “Mercedes” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, 1 avtomobilin sürücüsü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını...
Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 15 və 17 yaşlarında iki gənc xilas olunmuş və daha 2 cəsəd çıxarılaraq aidiyyatı üzrə təhvil vermişdir.
Goranboy rayonu, Cinli Boluslu kəndində (rayon mərkəzindən 13 km aralı) ümumi sahəsi 42 kv.m olan birmərtəbəli 4 otaqlı fərdi evin mətbəxində tavanın yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Yanğın saat 13:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür
Azərbaycan xilasediciləri tərəfindən zəlzələ bölgəsində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 8 cəsəd tapılaraq aidiyyatı üzrə təhvil vermişlər
Bakı şəhəri, Qaradağ rayonunda mənzildə bağlı qapı arxasında yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir.
Azərbaycan xilasediciləri tərəfindən zəlzələ bölgəsində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha 3 cəsəd tapılaraq aidiyyatı üzrə təhvil vermişlər. Bununla da qısa müddət ərzində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 10 nəfər xilas edilmiş və 44 cəsəd dağıntılar altından tapılaraq...