AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 aprel 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin  Suraxanı və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

30 aprel 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb.

30 aprel 2020-ci il saat 08:30-dək:

Goranboy rayonunun Fəxralı kəndində ümumi sahəsi 108 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

30 aprel 2020-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

29 aprel 2020-ci il saat 23:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib...

29 aprel 2020-ci il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ağsu rayonunun Qaravəlli kəndində iribuynuzlu heyvanın dərinliyi 3 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

29 aprel 2020-ci il saat 21:45-dək:

Quba rayonunun Qamqam kəndində ümumi sahəsi 500 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

29 aprel 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə...

29 aprel 2020-ci il saat 07:30-dək:

Ağdaş rayonunun Ləki qəsəbəsində "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb...

28 aprel 2020-ci il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr