AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

16 iyul 2019-cu il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Novxanı və Şıxov sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər (onlardan 5 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.

16 iyul 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

16 iyul 2019-cu il saat 20:30-dək, ilkin məlumata əsasən:

Neftçala rayonunun Kür Qarabucaq kəndində ümumi sahəsi 140 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb...

16 iyul 2019-cu il saat 19:00-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonunun Poladlı kəndində həyətyanı sahəyə yığılan 40 ton ot bağlamasının 20 tonu və "БЕЛАРУСЬ" markalı traktorun təkəri qismən yanıb...

16 iyul 2019-cu il saat 17:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 10 m² taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb...

16 iyul 2019-cu il saat 14:30-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonunun Talış kəndində ümumi sahəsi 45 m² olan birmərtəbəli, kürsülü evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb...

16 iyul 2019-cu il saat 12:50-dək:

14.07.2019-cu il tarixində Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb...  

16 iyul 2019-cu il saat 09:30-dək:

14.07.2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları davam etdirilir...

16 iyul 2019-cu il saat 09:00-dək, ilkin məlumata əsasən:

16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə məlumat daxil olub...

16 iyul 2019-cu il saat 08:30-dək:

16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr