AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

16 iyul 2019-cu il

8-11 iyul 2019-cu il tarixlərində Gürcüstan Respublikasının Batumi şəhərində kadet və yeniyetmələr arasında boks üzrə “BATUMİ-2019” beynəlxalq turnir keçirilib.

16 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 16 iyul 2019-cu il tarixində Beyləqan rayon Yeni Xocavənd qəsəbəsində fəaliyyət göstərən Xocavənd rayon İcra Hakimiyyətinin ictimai-siyasi orqanı olan "Xocavənd" qəzetində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirib.

16 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə 16 iyul 2019-cu il tarixində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda müəssisə əməkdaşlarını iştirakı ilə görüş keçirilib.

15 iyul 2019-cu il

15 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhəri ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib.

15 iyul 2019-cu il

12 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Xarici dil və Tərəfdaşlıq Mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün təşkil edilmiş ingilis dili kurslarını bitirmiş məzunların buraxılış mərasimi keçirilib.

15 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə 12 iyul 2019-cu il tarixində Xəzər rayonunun Türkan qəsəbəsində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib.

12 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyninn Şimal Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 8-12 iyul 2019-cu il tarixlərində "İnzibati ərazi dairəsi üzrə nümayəndələr" kateqoriyası üzrə mərkəzi mülki müdafiə kursları keçirilib.

12 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 12 iyul 2019-cu il tarixində Naftalan şəhər Mədəniyyət evində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

12 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında bakalavr və magistrantların Dövlət Attestasiyana yekun vurulub. 2018/2019-cu tədris ili üçün bakalavr səviyyəsi üzrə 96 nəfər kursant və müdavim ixtisaslar üzrə tədris planlarında nəzərdə tutulmuş bütün sınaqlardan keçərək yekun dövlət attestasiyasında iştirak edib. Onlardan 11 nəfəri...

12 iyul 2019-cu il

12 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən Nazirlik əməkdaşları arasında beşnövçülük üzrə respublika çempionatına yekun vurulub. Yarışda FHN-in müxtəlif qurumlarını təmsil edən 18 komandanın 100-ə yaxın...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr