AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

İl:  2019 2020
Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 yanvar 2020-ci il

27-31 yanvar 2020-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzi və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilib. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 17 komandadan 70-ə yaxın əməkdaş iştirak edib.

29 yanvar 2020-ci il

28-29 yanvar 2020-ci il tarixlərində Hövsan Olimpiya Kompleksində gənclər arasında güləş üzrə Bakı çempionatı keçirilib. Çempionat Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş  Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

27 yanvar 2020-ci il

25 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti oyunları keçirilib. 

23 yanvar 2020-ci il

22-23 yanvar 2020-ci il tarixlərində Hövsan Olimpiya Kompleksində yeniyetmələr arasında güləş üzrə Bakı çempionatı keçirilib.

22 yanvar 2020-ci il

14-17 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib.

İl:  2019 2020
Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr